A

UNEC-də Heydər Əliyev İlinə həsr olunan Tədbirlər Planı çərçivəsində Rus İqtisad Məktəbində "Heydər Əliyev dərsləri" keçirilib.

"Tətbiqi iqtisadiyyat" kafedrasının müdiri, dosent Sevinc Abbasova  "Azərbaycanda təhsil və elmin inkişafında Heydər Əliyevin rolu" mövzusunda tələbələrin qarşısında çıxış edib.

Daha sonra Heydər Əliyev dərsləri çərçivəsində Rus İqtisad Məktəbində "Ali təhsilin inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri" mövzusunda dəyirmi masa keçirilib. Müzakirə zamanı ulu öndərin dövründə onun təşəbbüsü ilə qəbul edilmiş müvafiq dövlət proqramlarının məzmunu və əhəmiyyətindən danışılıb.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay