A

UNEC-in 4-cü kurs tələbələrinin istehsalat təcrübəsi barədə məlumatlandırılması məqsədilə görüş keçirilib.

Təcrübənin təşkili şöbəsinin müdiri Leyla Nəzirzadə "İqtisadiyyat", "Maliyyə", "Mühasibat", "Statistika", "Biznesin idarə edilməsi", "Beynəlxalq ticarət və logistika", "Marketinq", "Menecment", "Dövlət və bələdiyyə idarəetməsi" ixtisasları üzrə 4-cü kursda əyani təhsil alan tələbələrlə görüşərək, onlara istehsalat təcrübəsinin təşkili, layihə işlərinin hazırlanması, istehsalat müəssisələrinin seçilməsi, təcrübənin qiymətləndirmə meyarları barədə ətraflı məlumat verib.

Həmçinin bildirib ki, “Təcrübəçi tələbənin məlumat kitabçası”, ixtisasların təcrübə proqramları və sənəd nümunələri tələbələrin elektron kabinetlərinə yüklənəcək.

Tədbir sual-cavab sessiyası ilə davam edib.

TOP XƏBƏRLƏR