A

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin və UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə universitetin tabeliyində olan xüsusi təyinatlı təhsil müəssisələrinə cəlbediciliyin artırılması məqsədilə UNEC-in III və  IV kurs tələbələri ilə görüş keçirilib.

Görüşdə Milli Müdafiə Universiteti Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif  Həsənov, UNEC-in tələbələrlə iş üzrə prorektoru dosent Səadət Qəndilova, Vətən Müharibəsi qəhrəmanı, polkovnik Nizami Mövlanov, kapitan professor Nurulla Əliyev, UNEC-in təşkilat sədrləri, müəllim və tələbələri iştirak ediblər.

Tədbirdə tələbələrə Milli Müdafiə Universitetinin yaranma tarixi, onun nəzdindəki hərbi təhsil müəssisələrinin əsas fəaliyyət istiqamətləri, strukturu və qarşıda duran vəzifələri ilə bağlı ətraflı məlumat verilib, xüsusi təyinatlı təhsil müəssisələrinin tədris-maddi bazası haqqında,  vətənpərvər və təcrübəli hərbi kadrların hazırlanması üçün hər cür şəraitin yaradılmasından danışılıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay