A

Mühəndislik fakültəsində Tələbə Elmi Cəmiyyətinin və mentorluq xidmətinin təşkilatçılığı ilə "İşğaldan azad olunmuş torpaqlarda sənayenin dirçəlişinə mühəndis baxışı" adlı dəyirmi masa keçirilib.

Fakültənin dekanı dos. Elçin Səmədov, “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdiri prof. Rövnəq Rzayev, dekan müavini Sevinc Abdullayeva, fakültənin TEC rəhbəri b.m. Afət Cəfərova, baş mentor Könül Rəhimova, müəllimlər Nigar Mahmudova, Vüsalə Musayeva, Sevda Abbasova, Arzu Əhmədovanın iştirakı ilə keçirilən tədbirdə tələbələr işğaldan azad olunmuş torpaqlarda həyata keçiriləcək layihələr çərçivəsində öz ideya və fikirlərini irəli sürərək təqdimatla çıxış ediblər. Tələbələr işğaldan azad olunmuş torpaqlarda qeyri-səlis məntiq nəzəriyyəsi əsasında Qarabağdakı istixanalarda temperaturun və rütubətin idarə edilməsi, Qarabağın su ehtiyatlarının bərpası və ekoloji qiymətləndirilməsi, atmosfer havasının və iqlimin qorunması, BMT-nin ətraf mühit proqramı çərçivəsində Azərbaycanın münaqişədən zərər görmüş ərazilərinin qiymətləndirilməsi, işğaldan azad olunmuş ərazilərdə tekstil sənayesi, həmin ərazilərdə yaşıl enerjidən istifadənin əhəmiyyəti, aqrar texnologiyanın Qarabağın inkişafında rolu, bu ərazilərdə turizmin inkişafında 360⁰ gəzgin simulasiya aləti, ağıllı şəhər kimi mövzulara toxunublar.

Dəyirmi masa qarşılıqlı diskussiya əsasında davam edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay