A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsində 2 Fevral-Azərbaycan Gənclər Günü münasibətilə fakültənin fəal tələbələri ilə görüş keçirilib.

Tədbiri fakültənin dekan müavini Cavahirxanım Məmmədova açaraq, çıxışında həyat yolumuzda nail olacağımız məqsəd və uğurlarımızın təməlinin məhz gənclik illərində qoyulduğunu, gənclik dövrünün ömrün ən məhsuldar mərhələsi olduğunu vurğulayıb. Son dövrlər Azərbaycanda gənclər üçün daha geniş imkanların yarandığını qeyd edən Cavahirxanım Məmmədova ölkə Prezidentinin yürütdüyü gənclər siyasətinin gənc nəslin hərtərəfli inkişafının, dünya arenasına çıxışının təminatçısı olduğunu diqqətə çatdırıb.  

Tədbirdə TUDİFAK THİK-in sədr müşaviri və tələbə təşkilatları koordinatoru Vüsalə Əsədova 2 Fevral- Gənclər Gününün tarixi mərhələləri haqqında danışaraq, universitet və fakültə həyatında tələbələrimizin rolundan danışıb.

Fakültənin I kurs tələbəsi Amin Zərbaliyev gənclərimizin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatındakı fəal iştirakından, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsindən danışılıb.

Daha sonra Gənclər Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay