A

UNEC rektoru professor Ədalət Muradov akademik borclarının yaranma səbəblərini müzakirə etmək məqsədilə qış imtahan sessiyasını 3 və daha çox kəsrlə başa vurmuş tələbələrlə görüşüb.

Görüşdə akademik borcla bağlı fakültələr, kurslar və tədris dilləri üzrə sessiyanın nəticələri barədə məlumat verilib. Bildirilib ki, qış imtahan sessiyasında bakalavriat səviyyəsində tələbələrin 26 faizinin, magistratura səviyyəsində 17 faizinin, ümumilikdə universitet üzrə isə təhsilalanların 24 faizinin akademik borcu yaranıb. Akademik borcun səviyyəsi ən çox Türk Dünyası İqtisad fakültəsində (38%), ən az isə Rəqəmsal iqtisadiyyat fakültəsində (9%) qeydə alınıb. Təhsil illəri üzrə isə ən az kəsr sonuncu kurslarda (18%) olub. Tədris dilləri üzrə daha az kəsiri olan tələbə sayı (12%) ingilis bölməsində, ən yüksək isə türk bölməsində qeydə alınıb. 2023-2024-cü tədris ilində 600 və daha yüksək bal toplayaraq, UNEC-ə qəbul olan 215 tələbədən 5 tələbə sessiyanı akademik borcla başa vurub ki, onların da 3 nəfəri səhhətində problem olduğu üçün imtahanlarda iştirak edə bilməyib.

Qeyd olunub ki, ötən tədris ili ilə müqayisədə akademik borcu olan tələbələrin ümumilikdə faiz nisbəti 2 faiz azalıb. Xarici dil fənlərinin  imtahanlarının nəticələrində isə ildən-ilə müsbət tendensiya olduğu xüsusi vurğulanıb.

Görüşdə akademik borcu olan tələbələrin səsləndirdikləri fikirlər əsasən, imtahan nəticələrindən edilən apellyasiya müraciətləri, imtahan suallarının sayı, imtahan üsullarının dəyişdirilməsi və s. məsələlər barədə olub.

Rektor sualları dinlədikdən sonra araşdırılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay