A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Ümumi Fənlərin Tədrisinin Təşkili Departamentində “Azərbaycan dili” kafedrasının professor-müəllim heyəti tərəfindən 21 fevral- Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Dilimiz –milli varlığımızdır” mövzusunda xüsusi dərslər keçirilib.

Dərslərdə tələbələr öz təqdimatlarında  dil hər bir insanın maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitə olduğunu qeyd ediblər. Onlar bildiriblər ki, hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Xüsusi dərslərdə çıxış edən tələbələr Ana dilinin insanın mənəvi aləminin zənginləşməsində, dünya görüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynadığını bildiriblər.

Universitetin dosentlərindən Mətanət Əmrahovanın, Çinarə Qəhrəmanovanın, Xurşud İsmayılovanın Ana dilinə həsr etdikləri xüsusi dərsləri maraqla qarşılanıb. Bildirilib ki, ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Dərslərdə ana dilimizin qorunmasının və inkişaf etdirilməsinin hər bir azərbaycanlının müqəddəs borcu olduğunu diqqətə çatdırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay