A

UNEC-in Rəqəmsal iqtisadiyyat fakültəsində Xocalı Soyqırımının 32-ci ildönümü iləəlaqədar “XX əsrin dəətli faciəsi” adlı tədbir keçirilib.

Tədbirdə Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı dosent Elman Cəfərov çıxış edərək, Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu qeyd edib. Xocalı soyqırımının bəşəriyyət tarixində insanlığa qarşı həyata keçirilmiş ən qəddar zorakılıq nümunələrindən biri olaraq, tarixin yaddaşına həkk olunduğunu bildirib.

Qonaq qismində dəvət edilən UNEC-in “Humanitar fənlər” kafedrasının dosenti Telman Niftəliyev çıxış edərək, qanlı tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən soyqırıma məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə XX əsrin sonlarında Xocalıda üzləşdi. Bu, bəşər tarixində az-az təsadüf olunan dəhşətli cinayətlərdən biri və Ermənistanın ölkəmizə hərbi təcavüzünün kuliminasiya nöqtəsi olduğunu vurğulayıb.

 Sonda bildirilib ki, Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur və xatirələri anılır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay