A

Azərbaycan Dövlət İqtisad Universitetində UNEC Tələbə Elmi Cəmiyyətinin və TEAS Pressin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi,  dünya şöhrətli detektiv yazar Çingiz Abdullayevin universitetin tələbələri ilə görüşü təşkil olunub.

Tədbirdə çıxış edən UNEC-in Tələbələrlə iş üzrə prorektoru dosent Səadət Qəndilova görkəmli yazıçı Çingiz Abdullayevi salamlayıb və ona dəvəti qəbul etdiyi üçün təşəkkürünü bildirib. Səadət Qəndilova tələbələrin dünya görüşünün və bədii ədəbiyyata olan maraqlarının artırılması,  mütaliə vərdişlərinin inkişaf etdirilməsi, intellektual səviyyələrinin yüksəldilməsi baxımından Azərbaycanın dünya şöhrətli, görkəmli yazıçısını daha yaxından tanımaq və onları maraqlandıran suallara cavab tapmaq məqsədilə, keçirilən görüşün əhəmiyyətli olduğunu vurğulayıb.

Çıxış edən Çingiz Abdullayev belə səmərəli görüşün təşkil edilməsinə görə UNEC-in rəhbərliyinə öz təşəkkürünü bildirib. Ç.Abdullayev tələbələrlə səmimi ünsiyyət quraraq, onlara öz həyatının və yaradıcılığının maraqlı məqamları, həyat təcrübəsi haqqında danışıb, Azərbaycan və dünya ədəbiyyatından nümunələr gətirib, bədii ədəbiyyatla bağlı fikirlərini bölüşərək, gəncləri zövqlərinin formalaşması, daha zəngin düşüncəyə, dünyagörüşünə malik olmaları üçün  bədii ədəbiyyatı oxumağa dəvət edib. Bundan başqa tanınmış yazıçı tələbələrə öz tövsiyələrini verib və onların maraqlı suallarını cavablandırıb.

Görüşdə yazıçının imza mərasimi də baş tutub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay