A

UNEC-in Karyera mərkəzində ALCO MMC-nin aktiv vakansiyalarına uyğun, şirkət tərəfindən seçilmiş 14 UNEC məzunu ilə müsahibə mərhələsi keçirilib.

6 məzun müsahibədən uğurla keçərək, növbəti mərhələyə dəvət alıb. Həmin mərhələni də keçən namizədlər ALCO MMC ailəsinə qoşulacaqlar.

"ALCO" MMC haqqında: Sumqayıt Kimya Sənaye Parkında yerləşən, müasir alman və italyan texnologiyası əsasında fəaliyyət göstərən "ALCO" MMC yerli bazarla yanaşı, "Made in Azebaijan" adı altında dünyanın 50-dən çox ölkəsinə sürtkü yağları ixrac edir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay