A

UNEC Dizayn Məktəbində “Korrupsiyaya qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirin məqsədi korrupsiyanın cəmiyyətə və fərdlərə olan zərərlərini, həmçinin onun qarşısının alınması yollarını tələbələrə çatdırmaq idi.

“Dizayn” kafedrasının müdiri dos. Elfanə Qasımova çıxışında korrupsiyanın görünməyən bir təhlükə kimi cəmiyyətin inkişafına mane olduğunu və insanların hüquqlarını pozduğunu bildirib. Qeyd edib ki, bu mövzuda keçirilən tədbirlər korrupsiyanın fərdlər və cəmiyyət üzərində yaratdığı mənfi təsirlərin daha yaxşı anlaşılmasına xidmət edir.

Məktəbin katibi, baş müəllim Aytən Ağayeva və müəllim Nərminə Namazova çıxışlarında bu cür tədbirlərin cəmiyyətin korrupsiyaya qarşı daha həssas olmasına və hər kəsin öz məsuliyyətini dərk etməsinə kömək etdiyini bildiriblər. Onlar korrupsiyanın qarşısının alınmasının ədalətli və şəffaf cəmiyyətin qurulması üçün vacib olduğunu vurğulayıblar.

Sonda korrupsiyaya qarşı mübarizə ilə bağlı videoçarx nümayiş olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay