A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbi (ISE) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Tələbə Gənclər Təşkilatının (TGT) birgə fəaliyyəti ilə "Xocalı Soyqırımı-Qan yaddaşımız" adlı tədbir keçirilib.

Tədbirdə Azərbaycan Dövlət Himni səsləndirilmiş və Beynəlxalq İqtisadiyyat Məktəbinin dekanı dosent İnara Rzayeva  çıxış edərək təkcə Azərbaycan tarixinin deyil, bəşər tarixinin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı haqqında məlumat verib

Daha sonra, İSE fakültəsinin əməkdaşı Nəzrin Axundzadə qeyd edib ki, ötən əsrin sonlarında dinc əhaliyə qarşı törədilmiş ən qəddar etnik zorakılıq aktlarından biri olan Xocalı soyqırımında bir gecədə 613 nəfər, o cümlədən 63 uşaq amansızcasına qətlə yetirilib.

Tədbirin sonunda Xocalı soyqrımına aid videoçarx nümayiş olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay