A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad fakültəsində "Narkomaniyaya-YOX" adlı tədbir keçirilib.

Tədbirdə fakültənin dekan müavini Cavahirxanım Məmmədova, İqtisadiyyat və işlətmə kafedrasının baş müəllimi Nəriman Xanəhmədov və Turan Əhmədov iştirak ediblər.

Tədbirdə çıxış edənlər dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıblar. Qeyd edilib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu gələcəyindən imtina etməklə, cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir. Gəncləri daha düzgün və uğurlu yola yönləndirmək valideynlərdən və əsasən də müəllimlərdən asılıdır.

Sonda iştirakçıları maraqlandıran suallar dolğun şəkildə cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay