A

UNEC kollektivi 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə universitetin şəhid  olmuş məzun və tələbələrinin analarını ziyarət edib.

Fakültə dekanları, əməkdaşlar və Tələbə Həmkarlar İttifaqı Komitəsinin üzvləri Bakı və ətraf ərazilərdən olan şəhid məzunlarımızın analarına baş çəkərək, onları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər.  

UNEC kollektivi ailə dəyərlərimizin yaşadılmasında, gənc nəslin Vətənə, torpağa məhəbbət, dövlətçiliyimizə sədaqət ruhunda tərbiyəsində Azərbaycan qadınının əvəzsiz rolundan danışıblar. Qəhrəman analarımızın yetişdirdikləri övladların, mərd oğullarımızın rəşadəti sayəsində xalqımızın Zəfər tarixini yazdığını vurğulayıblar.

Rayonlarda yaşayan şəhid analarına isə universitet rəhbərliyi adından təbrik məktubu ünvanlanıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay