A

UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində (BMDM) 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı xüsusi dərslər keçirilib,  soyqırım qurbanlarının xatirəsi ehtiramla yad edilib.

Xüsusi dərsdə mərkəzin direktor müavini Aytən Hüseynli çıxış edərək, 1918-ci ildə azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş kütləvi soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlının amansızcasına qətlə yetirilməsindən, erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları və ötən əsrin əvvəllərində bütün ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməllərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini qeyd edib.

Sonra BMDM-nin proqram rəhbəri Samirə Şamxalova bu siyasətə qarşı geniş iqtisadi potensiala malik qüdrətli Azərbaycan dövlətinin, onun beynəlxalq aləmdə getdikcə artan siyasi nüfuzunun, dünya azərbaycanlılarının və ölkəmizin dostlarının gündən-günə möhkəmlənən həmrəyliyinin, nəhayət, güclü Azərbaycan ordusu dayandığından bəhs edib.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay