A

UNEC tələbələri Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfə vermək məqsədilə “Yaşıl UNEC” ili çərçivəsində məişət tullantılarından istifadə edərək, bir-birindən maraqlı maket kompozisiyaları hazırlayıblar.

UNEC Dizayn Məktəbinin tələbələri tərəfindən hazırlanan maketlər münsiflər heyəti tərəfindən dəyərləndirilərək, qaliblər müəyyən olunub. Birinci yerə “Azərbaycanın dilbər guşəsi”ni əks etdirən maket  layiq görülüb. 2-ci yerdə “Qarabağ idman kompleksi”, “EkoPark”, 3-cü yerdə “Xaribülbül Mədəniyyət Mərkəzi”, “Qarabağ İmarət”, 4-cü yerdə isə “UNEC Dizayn” oboy evi və “İdman kompleksi” maketləri qərarlaşıb.

Qeyd edək ki, layihənin məqsədi ətraf mühiti məişət tullantılardan qorumaqla, sağlam və təmiz mühit yaratmaq, eləcə də təkrar istifadə yolu ilə resursların bərpasını optimallaşdırmağa təşviq etməkdir.

Qaliblərin siyahısı

TOP XƏBƏRLƏR