A

UNEC-in Türk Dünyası İqtisad Fakültəsində “Marketinq” dərsinin müəllimi Qələndər Məmmədlinin rəhbərliyi ilə “Aran Azərbaycan” MMC-nin icraçı direktoru Emil Adışov qonaq olaraq, tələbələrlə öz təcrübəsini paylaşıb.

Emil Adışov tədbirdə tələbələrə iş dünyasında uğurun sirlərindən, brendləşmədən danışaraq, uğurlu brend və marketinqlə bağlı tövsiyələrini bölüşüb. E.Adışov qeyd edib ki, TUDİFAKİ-ın tələbələri ilə yaxın günlərdə universitet sənayesinin işbirliyinə tövsiyə verəcək yeni bir layihə həyata keçirəcək.

Qeyd edək ki, “Aran Azərbaycan” MMC 1993-cü ildən Qida və qeyri-qida üzrə topdan və pərakəndə üzrə fəaliyyət göstərir.

TOP XƏBƏRLƏR