A

10 may Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış UNEC məzunu, Vətən müharibəsinin şəhidi Hüseyn Muradovun doğum günüdür. Yaşasaydı 30 yaşı olacaqdı.

 İqtisadiyyat və idarəetmə fakültəsinin əməkdaşları və tələbələri şəhidin məzarını ziyarət edərək, onun əziz xatirəsini yad ediblər.

Hüseyn Muradov 1994-cü il mayın 10-da Saatlı rayonunun Cəfərxan kəndində anadan olub. Orta məktəbi Bakıda bitirdikdən sonra 2011-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Ümumi İqtisadiyyat” fakültəsində təhsil alıb. Universitetdə oxuduğu müddətdə nümunəvi davranışları ilə seçilmiş, müəllim və tələbə kollektivinin rəğbətini qazanıb.

2015-ci ildə Murovdağda hərbi xidmətdə olub. 2016-cı ildə “Aprel döyüşləri”ndə iştirak edib, bu döyüşlərdə minaatan vəzifəsində çalışıb.

Vətən Müharibəsi başlamazdan bir neçə gün öncə sentyabrın 21-də Müdafiə Nazirliyinin çağırışı ilə ehtiyatda olan hərbiçi kimi təlimlərdə iştirak etmək üçün hərbi hissəyə yola düşüb. 27 sentyabrda Füzuli istiqamətində başlayan döyüşlərə qatılıb. 8 oktyabr 2020-ci ildə Hadrut uğrunda döyüşlərdə şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda",“Cəbrayılın azad olunmasına görə”  medalları ilə təltif edilib.

TOP XƏBƏRLƏR