A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində tələbələr üçün “Tədqiqat metodları” mövzusunda seminar keçirilib.

Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, elmi-tədqiqat işinin tələbələrin motivasiya sferasını, tədqiqat prosesi üçün zəruri olan elmi biliklərin metod və formalarını özündə cəmləşdirən, elmi rəhbərin - müəllimin iştirakı ilə həyata keçirilən tədris işinin kompleks tərkib hissəsi olduğunu bildirib, təhsilin bütün pillələrində tələbələrə elmi biliyin metodları, təcrübələrin planlaşdırılması və təşkili, təcrübə nəticəsində əldə edilən nəticə məlumatlarının emalı və ümumiləşdirilməsi üsulları, patent tədqiqatlarının aparılması, elmi-texniki işlərin tətbiqi kimi məsələlərin açıqlanmasının əhəmiyyətini vurğulayıb.

Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsilin iqtisadiyyatı və idarə olunması şöbəsinin müdiri Tavat Muradlı “Tədqiqat metodları” mövzusunda geniş təqdimatla çıxış edərək, “tədqiqat” anlayışına aydınlıq gətirib, tədqiqatların mövzusu, məqsədi və növləri barədə ətraflı məlumat verib, məlumatların təhlili texnikaları və elmi tədqiqatlarda etik qaydalardan söz açıb.

Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay