UNEC-də IV Science Slam Beynəlxalq Elm müsabiqəsi keçirilib.
UNEC Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə keçirilən müsabiqədə 10 fakültənin tələbəsi müxtəlif mövzularda maraqlı təqdimatlarla çıxış ediblər. Çıxışlardan sonra “Science Slam”ın formatına uyğun olaraq, alqış sədaları xüsusi avadanlıq vasitəsilə ölçülərək, qaliblər müəyyən edilib.
TələbəIərin böyük maraqla qatıldıqları yarışda I yerin sahibi "Süni intellekt - dəyiş, ya da yox ol" mövzusu ilə çıxış edən Biznes və menecment fakültəsinin II kurs tələbəsi Nurlan Vəliyev olub. II yerin sahibi "İnformasiya kirliliyi - Güvən yaxşıdır, nəzarət daha yaxşı" mövzusu ilə - Mühəndislik fakültəsinin III kurs tələbəsi Pəri Məmmədova, III yerin sahibi isə "İncəsənət və iqtisadiyyatın harmoniyası" mövzusunda çıxış edən UNEC Dizayn Məktəbinin III kurs tələbəsi Nigar Hacızadə olub.
Sonda yarışın qaliblərinə pul mükafatı, iştirakçılara isə sertifikatlar təqdim olunub.