26 mayda Azərbaycan Xalq Cümhuriyyətinin 106 illiyinə həsr edilmiş intellektual turnir təşkil edilib.
UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi, "Agro Food Investments", Gəncliyə Yardım Fondu, "Baker Tilly Azerbaijan"ın dəstəyi və İqtisadçı İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” formatında olan XII İstiqlal Kuboku keçirilib. Yarışda 180-ə yaxın oyunçunun olduğu 29 komanda birincilik üçün mübarizə aparıb.
Turnirin açılış mərasimində UNEC THİK Sədr Müavini Cəfərsadiq İbrahimov, Gəncliyə Yardım Fondunun nümayəndəsi Şahalı Cəlilov, "Agro Food Investments" şirkətinin nümayəndəsi Leyla Ələkbərova öz çıxışlarında gənclərin intellektual inkişafına hər zaman dəstək verdiyini bildirib və bütün iştirakçılara uğurlar arzulayıb. Daha sonra çıxış edən İqtisadçı İntellektual Oyunlar Klubunun sədri Xəyyam Cəbrayılov klub və turnir haqqında ətraflı məlumat verib, tərəfdaşlara öz təşəkkürünü bildirib.
60 sualın oynandığı "XII İstiqlal Kuboku"nun qalibi 44 xalla "Jagermeister" komandası olub. 2-ci və 3-cü yerləri isə müvafiq olaraq "Santa Klara" və "Vendetta" komandaları tutub.