UNEC-in “İqtisadiyyat və idarəetmə” ixtisas qrupu üzrə təhsil alan sonuncu kurs tələbələrinin istehsalat təcrübələri yeni qaydalara əsasən təşkil olunub.
UNEC-in Tələbə İşləri Mərkəzində təcrübədə olan bir qrup tələbə mərkəz tərəfindən təqdim edilmiş mövzular üzrə layihələr hazırlayıblar. 11 tələbə mərkəzin Bir Pəncərə şöbəsində, 4 tələbə Tələbə hərəkəti şöbəsində, 2 tələbə isə Tələbə şöbəsində 1 ay müddətində istehsalat təcrübəsində olublar. Təcrübənin sonunda tələbələr mərkəz tərəfindən onlara verilən mövzular maraqlı təqdimatlarla çıxış ediblər.
Sonda tələbələrin gündəlikləri təcrübə obyektinin rəhbəri, Tələbə İşləri Mərkəzinin direktoru Xalidə Yusifova, eləcə də şöbələr üzrə layihə rəhbərləri və elmi rəhbərlər tərəfindən qiymətləndirilib.