A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Yaradıcılıq Mərkəzinin üzvləri olan sonuncu kurs tələbələri ilə görüş keçirilib.

Görüşdə tələbələrlə iş üzrə prorektor dosent Səadət Qəndilova, Yaradıcılıq Mərkəzinin direktoru Elman Telmanoğlu və bədii rəhbər Əfsanə Məmmədova tələbələri məzun olmaları münasibətilə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Səmimi və xoş ortamda keçən görüşdə tələbələr univertsitetlə, keçirilən tədbirlərlə bağlı xoş xatirələrini bölüşüblər.

Sonra S.Qəndilova universitetin sosial-ictimai həyatında fəal iştirak etdiklərinə görə tələbələrə Fəxri fərmanlar təqdim edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay