A

Bakı, 25 iyun, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial-İqtisadi Kollecdə 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü qeyd edilib.

Bu barədə AZƏRTAC-a kollecdən məlumat verilib.

Tədbirdə kollecin sosial və humanitar məsələlər üzrə direktor müavini Zaur Vəliyev və digər çıxış edənlər ordu quruculuğu sahəsində qazanılan uğurlardan, 44 günlük Vətən müharibəsində Azərbaycan oğullarının igidliklərindən danışıblar.

Qeyd edilib ki, son 20 ildən artıq dövrdə Ulu Öndər Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, beynəlxalq nüfuzunun artırılması istiqamətində atılan addımlar davamlılığı ilə diqqətdədir. Məhz bu ordunun gücü sayəsində hər bir azərbaycanlını sonsuz qürurlandıran tarixi Zəfərə imza atıldı, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edildi. Bir daha dünyaya sübut olundu ki, 106 illik şərəfli tarixə sahib olan Azərbaycan Ordusu üzərinə düşən istənilən missiyanı layiqincə yerinə yetirməyə qadirdir. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay