A

UNEC Biznes Məktəbinin (MBA) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə tələbələr Bilgəh çimərliyi sahilində "Yaşıl dünya naminə həmrəylik ili" və "Xəzər həftəsi" çərçivəsində təmizlik aksiyası keçiriblər.  

Aksiya zamanı sahilyanı zolaq plastik və digər tullantılardan təmizlənib.

Aksiyanın keçirilməsində əsas məqsəd sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq, sahillərdə təmizliyə riayət olunmasını təbliğ etmək və ətraf mühiti qorumaqdır.

TOP XƏBƏRLƏR