A

UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində COP29-a həsr olunan tədbir keçirilib.

Tədbirdə fakültənin dekan müavini dos.Müşrəvan Əliyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İqlim dəyişmələri mərkəzinin direktor müavini Aygün Nərmanova, mərkəzin baş mütəxəssisi Röya Əfəndiyeva “Azərbaycanda iqlim dəyişmələri fəaliyyətləri”, “Fəlakət riskini azaltmaq üzrə Sendai çərçivəsi” mövzularında çıxış ediblər.

Çıxış edənlər tələbələrə yaşıl dünya naminə keçirilən tədbirlərin əhəmiyyətindən, iqlim dəyişməsinin ekologiyaya vurduğu ziyanlardan, yaratdığı fəsadlardan danışıblar, eləcə də problemlərin həlli yolları barədə fikilərini tələbələrlə bölüşüblər.

Sonda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı müzakirələr aparılıb.

TOP XƏBƏRLƏR