A

Atmosferin çirklənməsi və onun törətdiyi fəsadlar bütün bəşəriyyəti dərindən narahat edən problemlərdəndir.

“Yaşıllıqların məhv olması, avtomobillərin sayının artması, aparılan tikinti işləri, eyni zamanda, neft və neft məhsulları, kimyəvi maddələr və inşaat materialları istehsal edən müəssələr də əsas mənbələr hesab oluna bilər. Bu da qrip, epidemiya və xərçəng kimi bir sıra xəstəliklərin yaranmasına səbəb olur.

Bu gün ölkədə atmosfer çirklənməsinin qarşısının alınması, ətraf mühitin mühafizəsinin gücləndirilməsi, ekoloji tarazlığın qorunması üçün müvafiq tədbirlər həyata keçirilir. Ölkəmiz ekoloji durumun yaxşılaşdırılmasını, təbii resuslardan səmərəli və ziyansız istifadə olunmasını nəzərə alaraq 1998-ci il 24 aprel tarixində “Səhralaşmaya qarşı mübarizə” Beynəlxalq Konvensiyasına qoşulub. Ölkəmiz iqlim dəyişmələrinə qarşı mübarizədə ən əsaslı addımı BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına qoşulmaqla atıb. 2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşür. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürdü. COP29-un əsas əhəmiyyəti ölkəmizin “Yaşıl İqtisadiyyata” keçid strategiyasıdır və respublikamızda iqlim dəyişmələrinin azaldılmasına yönəlib. 1906–2005-ci il arası yer temperaturu 0,74 dərəcə artmışdır. Ən yaxın 20 il ərzində hər onillikdə temperatur orta hesabla 0,2 dərəcəyə qədər artacaq. 21-ci yüzilliyin sonuna qədər isə 1,8 dərəcədən 4,6 dərəcəyə qədər arta bilər. Bu isə daha çox insan fəaliyyəti nədəni ilə baş verir. Bu da karbon köklü yanacaqların işlənməsi, sənayi istehsalı, meşələrin qırılması kimi olaylardır. Və nəticədə gələcək üçün proqnozlaşdırılan iqlim dəyişməsinin qarşısını almaq olmayacaq. Ancaq bu olayı nisbətən yüngülləşdirmək, temperatur artımını nisbətən azaltmaq olar. Bunun üçün aşağıdakı tədbirləri görmək gərəklidir

  1. Karbon yanacaqlarının (kömür, neft, qaz) istifadəsini azaltmaq;
  2. Enerjinin qənaətlə işlənməsi və onun səmərəliliyinin artırılmasını təmin etmək;
  3. Karbohidrogensiz və bərpaedilən enerjiyə keçmək;
  4. Ekoloji baxımdan təmiz texnologiyaları işlətmək;
  5. Meşələrin sayını artırmaq, çünki onlar karbon qazını mənimsəyir və atmosferdə onun miqdarını azaldır.

Azərbaycan bərpa olunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlmək əzmindədir və bu məqsədlə zəngin külək və günəş potensialından istifadə edir. Bu, həmçinin ölkənin 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40% azaltmaq planının mühüm tərkib hissəsidir.

Azərbaycanda keçirilən COP29 əsas məqsədi qlobal istiləşməni nəzarətdə saxlamaq və temperatur artımını 1,5℃-dən aşağı saxlamaq üçün emisiyyaların azaldıması istiqamətində əsaslı, çevik və dayanıqlı fəaliyyət göstərmək, bu təşəbbüs çərçivəsində bütün tərəfləri bir araya gətirməkdir. Ölkəmizdə ətraf mühitin qorunması, o cümlədən ekoloji tarazlığın bərpası dövlət başçısının da diqqət mərkəzindədir. 2020-ci ildə baş verən 44 günlük  Vətən müharibəsinin Qələbə ilə başa çatması torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, təcavüzkar Ermənistanın ərazilərimizdə apardığı ekoloji terror aktlarına da son qoydu. Rəsmi İrəvanın ölkəmizə qarşı yürütdüyü təcavüzkar siyasət 30 ilə yaxın müddətdə şəhərlərimizin, kəndlərimizin dağıdılması ilə yanaşı, ekoloji vəziyyətin də bərbad hala salınmasına yol açıb. Vaxtilə həmin bölgələrdəki meşə qoruqları və oradakı nadir fauna, floramız, çaylardakı zəngin sərvətimiz erməni vandalları tərəfindən dağıdılıb, qırılıb. Prezident İlham Əliyevin sərəncamları ilə ətraf mühitin qorunması ilə bağlı müxtəlif dövlət proqramları qəbul olunub və bu proqramlara uyğun olaraq respublikanın bütün şəhərlərində, qəsəbələrində, kəndlərində yeni parklar, yaşıllıq sahələri yaradılır, magistral yolların kənarlarında meşə massivləri salınır.

O cümlədən doğma  Qarabağımızın müxtəlif ərazilərində ekoloji tarazlığın bərpası ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir. Qarabağ Dirçəliş Fondunun prioritet istiqamətlərindən biri də işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpa olunmasıdır. Qarabağda aparılan genişmiqyaslı quruculuq işləri ilə yanaşı, həmin ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində də ciddi addımlar atılır. Qarabağ Dirçəliş Fondu ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında imzalanan Anlaşma Memorandumuna uyğun olaraq Zəngilan şəhərinin girişinə, 30 hektar ərazidə donorların dəstəyi ilə yerli iqlim şəraitinə uyğun 30 min ağacın əkilməsi həyata keçirilib.

Hazırda QDF-in sifarişi və maliyyə dəstəyi ilə Füzuli şəhərinin yeni Baş plan layihəsinə əsasən, orada məskunlaşacaq əhalinin kütləvi istirahətinə olan tələbatını nəzərə alaraq  22,47 hektar ərazidə Mərkəzi Parkın salınması ilə bağlı işlər davam edir. Park kompleksi şəhər sakinlərinin asudə vaxtlarının səmərəli keçirilməsinə imkan yaradan məkana çevirməklə yanaşı, sağlam və təbii ekoloji mühitin yaranmasına və qorunub saxlanmasına da şərait yaradır.

Mühəndislik fakültəsinin
III kurs tələbəsi 
Sevinc Nəbiyeva

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay