A

UNEC-in Ümumi Fənlərin Tədrisinin Təşkili Departamentinin (ÜFTTD)Humanitar fənlər” kafedrasının təşkilatçılığı ilə 27 sentyabr-Anım Gününə həsr olunmuş tədbir  keçirilib.

Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması uğrunda şəhid olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə kafedranın müdiri, prof.Vəkil Həsənov və dos.Telman Niftalıyev çıxış edərək, bildiriblər ki, 44 günlük müharibə Azərbaycan, o cümlədən dünya tarixinə qızıl hərflərlə yazılmış şanlı zəfərimizin tarixidir. Azərbaycan xalqı və şanlı ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə 44 günlük II Qarabağ müharibəsində möhtəşəm qələbə qazanaraq, torpaqlarımız işğaldan azad edildi.  Qeyd olundu ki, Azərbaycan ordusu düşmənin 30 il ərzində qurduğu nəhəng istehkamları qısa müddətdə darmadağın edib, Azərbaycanın tətbiq etdiyi müharibə strategiyası müasir dövr hərb tarixində nümunə kimi həkk olunub.

Həmçinin tədbirdə 2023-cü il 19-20 sentyabr antiterror əməliyyatı nəticəsində Azərbaycanın suverenliyinin tam bərpa olunduğu da vurğulanıb.

Tədbirin sonunda müzakirələrdə iştirakçılar öz fikirlərini bölüşüblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay