×

Xəbərdarlıq

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder index.html silmək alınmadı


A

UNEC-in Mühəndislik fakültəsində 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib.

Tədbir öncə müstəqilliyimizin əldə olunmasında və torpaqlarımızın ərazi bütövlüyünün təmin olunmasında canlarını qurban verən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan fakültənin dekanı dosent Elçin Səmədov Anım Günü ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib. 44 günlük müharibədə işğal olunmuş torpaqlarımızın azad edilməsi ilə böyük qələbənin əsasının qoyulduğunu vurğulayıb və 2023-cü il 19-20 sentyabr tarixlərində antiterror əməliyyatı nəticəsində ərazi bütövlüyümüzün tam bərpa olunduğunu qeyd edib.

Sonra Mühəndislik fakültəsinin dekan müavini Sevinc Abdullayeva və “Mühəndislik və tətbiqi elmlər” kafedrasının professoru Rəna Babayeva çıxış edərək,  Anım Gününün Azərbaycan xalqı və dövləti üçün tarixi əhəmiyyətindən danışıblar. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncama əsasən bu günün hər il qeyd edildiyini diqqətə çatdırıblar.

TOP XƏBƏRLƏR