A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və İsveçrənin HES-SO Ali İdarəetmə Məktəbinin əməkdaşlığı çərçivəsində “Business in Eurasia” təcrübə proqramının 7-ci günündə tələbələrə növbəti təlim keçilib və onların Yelo Banka səfəri baş tutub.

Təlimdə UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) müəllimləri Vüsal Əhmədov və İbrahim Niftiyev “Avropada Çin İnvestisiyaları”, “Azərbaycan iqtisadiyyatına sistemli və elmi yanaşma: Mikro və makroiqtisadi perspektiv” mövzularında tələbələrə mühazirə deyiblər.

Mühazirə zamanı Çinin xarici iqtisadi siyasətindəki dəyişiklər, Avropada investisiyanın məqsədləri, investisiyaların Çin və Avropaya təsirləri, həmçinin nəzəri, praktiki dərslərlə  keyfiyyət kodlaşdırması və tematik analizlərin əsasları barədə ətraflı məlumat verilib.

Günün ikinci yarısında tələbələrin Yelo Banka səfəri baş tutub. Səfər zamanı tələbələr bankın fəaliyyəti ilə yaxından tanış olublar, rəhbər heyət və komanda ilə görüşüb, diskussiya aparıblar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay