A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Yaradıcılıq Mərkəzinin kollektivi I kurs tələbələri ilə görüşüb.

UNEC-in III tədris binasında təhsil alan UNEC Dizayn Məktəbi, Mühəndislik fakültəsi, Rəqəmsal İqtisadiyyat fakültəsinin I kurs tələbələri ilə görüşən Yaradıcılıq Mərkəzinin direktoru Elman Cəfərov, mərkəzin bədii-rəhbəri Əfsanə Məmmədova, “UNEC Xalq çalğı alətləri ansamblı”nın bədii-rəhbəri Tural Muradov tələbələrə mərkəzin fəaliyyəti haqqında, tərkibində olan dərnəklər, Radio UNEC barədə məlumat veriblər.

Tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri, eləcə də yaradıcı potensiallarını daha da inkişaf etdirmələri üçün onlara mərkəzə üzv olmalarını tövsiyə ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay