A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və İsveçrənin HES-SO Ali idarəetmə məktəbi ilə əməkdaşlığı çərçivəsində UNEC-də təcrübə proqramında olan isveçrəli tələrlər üçün Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) müəllimləri tərəfindən mühazirələr keçirilib.

ISE-nin direktoru dos. İnara Rzayeva, müəllimlər Əhliman Abbasov, İbrahim Niftiyev, Vüsal Əhmədov və Nəzrin Axundzadənin keçdikləri mühazirələr əsasən, Azərbaycanın Avropa və Asiya ölkələri ilə iqtisadi əlaqələri, bu əlaqələrin genişləndirilməsinin perspektivləri barədə olub.

Tələbələrin maraqla dinlədikləri interaktiv mühazirələrdə mözvu ilə bağlı qarşılıqlı diskussiyalar aparılıb. 

TOP XƏBƏRLƏR