A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Qərbi İsveçrə Tətbiqi Elmlər və İncəsənət Universitetinin tərkib hissəsi olan HES-SO Ali İdarəetmə Məktəbi arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında isveçrəli tələbələrin UNEC- də təcrübə proqramı davam edir.

Proqram müddətində tələbələrə “Karyera planlaşdırılması və inkişafı” kafedrasının müəllimi Nərgiz Seyidzadə tərəfindən “Menecmentdə yumşaq bacarıqlar” mövzusunda mühazirələr deyilib.

N.Seyidzadə mühazirə zamanı tələbələrə biznesdə tələb olunan “yumşaq bacarıqlar” və onun əhəmiyyəti mövzusunda praktik keyslər və real nümunələr üzərindən izahlar verib.

İnteraktiv qaydada keçirilən dərslər əcnəbi tələbələrin böyük marağına səbəb olub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay