A

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində COP29-a həsr olunan tədbir keçirillib.

Tədbir kollecin dillər fənn birləşmə müəllimləri Aygün Əliyeva, Aybəniz Quluyevanın rəhbərliyi ilə təşkil olunub.

Tədbiri giriş sözü ilə açan  direktor müavini Murad Muradov tələbələrə COP29-un məqsədi və ölkəmiz üçün əhəmiyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, COP29-un Azərbaycana həvalə olunması ölkəmizin beynəlxalq məkanda nüfuzunun artması və qlobal ekoloji problemlərə həssaslıqla yanaşmasının bariz nümunəsidir.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay