A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Yaradıcılıq Mərkəzinin rəhbəri və əməkdaşları I kurs tələbələri ilə görüşüblər.

UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsi, Rus İqtisad Məktəbi, Türk Dünyası İqtisad fakültəsinin I kurs tələbələri ilə görüşən Yaradıcılıq Mərkəzinin direktoru Elman Telmanoğlu, “UNEC Xalq çalğı alətləri ansamblı”nın bədii-rəhbəri Tural Muradov, mərkəzin nəzdində fəaliyyət göstərən dərnəklərin qrup rəhbərləri tələbələrə mərkəzin fəaliyyəti, tərkibində olan dərnəklər haqqında, Radio UNEC barədə məlumat veriblər.

Tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri, eləcə də yaradıcı potensiallarını daha da inkişaf etdirmələri üçün onlara mərkəzə üzv olmalarını tövsiyə ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay