A

Ümumi fənlərin tədrisinin təşkili departamentinin (ÜFTTD) və "Karyera planlaşdırılması və inkişafı" kafedrasının təşkilatçılığı ilə UNEC-də “Beyin. Qırışlarda gizlənən sirr" kitabının təqdimatı və eyni  mövzuda seminar keçirilib.

Tədbirdə kitabın müəllifi, nevropatoloq Qalib Əsədov tələbələrə beyin, onun strukturu və funksiyaları haqqında ətraflı  məlumat verib.

Sonra ÜFTTD-nin  direktoru dos. Gülnarə Rzayeva və “Karyera Planlaşdırılması və İnkişafı” kafedrasının müdiri Rəşad Məhərrəmov kitab haqqında fikirlərini bölüşüblər. Kitabda beyinin işləmə prinsipləri və onun gücü haqqında maraqlı məlumatların, eləcə də bir çox faydalı tövsiyələrin olduğunu diqqətə çatdırıblar.

Sonda mövzu ilə bağlı maraqlı suallar verən tələbələrə kitablar hədiyyə olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay