A

UNEC-də Ümumi Fənlərin Tədrisinin Təşkili Departamentinin (ÜFTTD) “Karyera Planlaşdırılması və İnkişafı” kafedrasında “Ekoloji maarifləndirmədə influenser marketinq strategiyaları” mövzusunda elmi seminar keçirilib.

Seminarda kafedranın müəllimi və doktorantı Aysel Qaragözova mövzu ilə bağlı çıxış edərək, influenserlərin ekoloji problemlər haqqında insanların məlumatlandırmasından, marketinq strategiyaları və sosial mediada kütlə psixalogiyasından danışıb.

Mövzu müəllim və tələbələrin marağına səbəb olub və bu kimi tədbirlərin gələcəkdə də keçirilməsi təklif edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay