A

UNEC-in Ümumi Fənlərin Tədrisinin Təşkili Departamenti (ÜFTTD), “Azərbaycan dili” kafedrasıBiznes və menecment fakültəsinin birgə təşkilatçılığı ilə 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunan “Müstəqillik illərində Azərbaycan dilinin inkişafına dövlət qayğısı” mövzusunda tədbir  keçirib.

Tədbirdə ÜFTTD-nin direktoru dosent Gülnarə Rzayeva, “Azərbaycan dili” kafedrasının müdiri, professor Tofiq Əbdülhəsənli, Biznes və menecment fakültəsinin dekan müavini dosent Elbrus Əkbərov çıxış edərək, dövlət müstəqilliyinin bərpası və qorunub saxlanılmasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş məqsədyönlü siyasətin əhəmiyyətindən danışıblar. Bu uğurlu siyasətin Azərbaycan Prezidenti  cənab İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıblar.

Sonra “Azərbaycan dili” kafedrasının baş müəllimi Könül İbrahimova mövzu ilə bağlı çıxış edərək, ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması istiqamətində Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən söz açıb. O, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın bu sahəyə qazandırdığı töhfələrdən bəhs edərək, ana dilimizi qorumağın və inkişaf etdirməyin vacibliyini diqqətə çatdırıb.

TOP XƏBƏRLƏR