A

UNEC Dizayn Məktəbində Dövlət müstəqilliyinin bərpasının 33-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə Məktəbin “Dizayn” kafedrasının müdiri dos. Elfanə Qasımova çıxış edərək, tələbələrə Azərbaycanın müstəqillik tarixi haqqında söz açıb. O, Prezident İlham Əliyevin uğurlu siyasəti, qətiyyəti və müdrikliyi sayəsində bu gün müstəqilliyin bərpası gününün qalib ölkə olaraq, ərazi bütövlüyünü təmin etmiş xalq kimi qeyd etdiyimizi vurğulayıb.

Sonra “Humanitar fənlər” kafedrasının dosenti Telman Niftaliyev dövrün tarixi-siyasi şəraitinə nəzər salaraq, xalqımızın milli istiqlal uğrunda apardığı mübarizələrdən danışıb. T.Niftalıyev 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi qələbədən söz açaraq, bu zəfərin xalqımızın qəhrəmanlıq salnaməsi olduğunu diqqətə çatdırıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay