UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində sağlam həyat tərzinə həsr edilmiş maarifləndirici tədbir keçirilib.

Tədbirdə İqtisadiyyat və idarəetmə  fakültəsinin dekan müavini dos. Müşrəvan Əliyev və “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının müdiri dosent Elşən Məmmədov mövzu ilə bağlı çıxış ediblər.

Çıxışlarda tələbələrə ölkəmizdə əhalinin sağlamlığının qorunması və gənclərin sağlam ruhda tərbiyə olunmasının daim diqqət mərkəzində saxlanıldığı bildirilib. Zərərli vərdişlərin yalnız sağlamlığa deyil, həm də inkişafa, fəaliyyətə, yaradıcılığa, ətraf mühitə mənfi təsir göstərdiyi vurğulanıb. Sağlam həyat tərzinin əsas amilləri barədə tələbələrə ətraflı məlumat verilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay