A

Oktyabrın 24-də, Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış UNEC Türk Dünyası İqtisad (TUDİFAK) fakültəsinin qəhrəman şəhidi, igid məzunumuz Ağaəmi Heybətovun anım günü idi.

Anım günü mərasimində dekan müavini Cəvahirxanım Məmmədova, TUDİFAK-ın THİK sədri Yeganə Səfquliyeva və fakültə əməkdaşları şəhidin ailəsini və məzarını ziyarət ediblər.

Sonra UNEC kollektivi Buzovna qəsəbəsində yerləşən, Şəhidlər Xiyabanında Ağaəmi Heybətovun məzarı önünə gül dəstələri düzərək, onun əziz xatirəsini ehtiramla yad ediblər.

TOP XƏBƏRLƏR