×

Xəbərdarlıq

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder JFolder: :delete: Kataloqu silmək alnmadı. Yol: /home/news/web/news.unec.edu.az/public_html/cache/page


A

UNEC-in Biznes və menecment fakültəsində “Biz narkotikə yox deyirik” adlı ictimai mühazirə keçirilib.

Tədbirdə psixoloq Heyran İbrahim tələbələrə narkomaniya, o cümlədən onun fəsadları və xəstəliyin müalicə üsulları haqqında geniş məlumat verib. Gəncləri zərərli vərdişlərdən qorumaq üçün təbliğat və maarifləndirmə işlərinin həyata keçirilməsinin önəmindən danışıb.

Sonra fakültənin katibi Elxan Salayev tələbələrin asudə vaxtlarının səmərəli təşkilinin, onların idmana cəlb olunması, sağlam və bilikli böyüməsi istiqamətində görülən işlərin genişləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Sonda tələbləri maraqlandıran suallar cavablandırılıb. 

TOP XƏBƏRLƏR