A

UNEC Türk Dünyası İqtisad fakültəsində Azərbaycan Respublikasının Konstitusiya Günü münasibəti ilə tədbir keçirilib.

Tədbirdə çıxış edən “İqtisadiyyat və işlətmə” kafedrasının baş müəllimi Nəriman Xanəhmədov Azərbaycan Respublikası Konstitusiyasının yaranma tarixindən danışıb. O, qeyd edib ki, Ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan və ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiyamızın əsasını demokratik cəmiyyət qurmaq və insan hüquq və azadlıqlarının qorunması təşkil edir.

Sonda Konstitusiya Gününə həsr olunan videoçarx nümayiş etdirilib.

TOP XƏBƏRLƏR