A

UNEC-in Rəqəmsal iqtisadiyyat fakültəsində “Sağlam həyat tərzi: Sağlamlığın sirlərini kəşf edin” mövzusunda  maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan fakültənin dekan müavini Ramal Cabbarov sağlam həyat tərzinin əhəmiyyətindən danışaraq, sağlam həyatın yalnız fiziki sağlamlığı deyil, həm də psixoloji və emosional rifahı artırdığını vurğuladı. O, tələbələrə sağlam qidalanmaq, müntəzəm fiziki fəaliyyət və stressin idarə olunması kimi mövzulara diqqət yetirməyi tövsiyə edib.

Sonra UNEC İdman klubunun inzibatçısı, Gənclik Tələbə Cəmiyyətinin Respublika şurasının üzvü Mustafa Talıbov çıxış edərək, tələbələrə sağlam həyat tərzi ilə bağlı praktiki məsləhətlər verib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay