UNEC-in Ümumi Fənlərin Tədrisinin Təşkili Departamenti (ÜFTTD) və “Azərbaycan dili” kafedrasının birgə təşkilatçılığı ilə COP29 çərçivəsində “Yaşil dünya: Azərbaycan ədəbiyyatinda təbiət” adlı onlayn tədbir keçirlib.
Tədbirdə “Azərbaycan dili” kafedrasının dosenti Mətanət Əmrahova Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələrinə poeziyanın Azərbaycan ədəbiyyatında olan rolundan danışıb. O, təbiət mövzusunun xalq ədəbiyyatında insanın bədii təfəkkürünə, düşüncəsinə, əhval-ruhiyyəsinə və psixoloji ovqatına müsbət təsir göstərən başlıca amillərdən biri olduğunu vurğulayıb.
Sonra ISE tələbələri Ülvi Həbibli, Fərid Allahverdiyev, Əsmər Həsənli, Xədicə Həsənova və başqaları mövzu ətrafında öz fikirlərini bölüşüblər.
Tədbir tələbələr tərəfindən böyük maraqla qarşılanıb.