A

UNEC-in Rəqəmsal iqtisadiyyat fakültəsində 8 noyabr -Zəfər Gününə həsr edilən “Biz qalib ölkəyik” adlı tədbir keçirilib.

Tədbirin açılışında Dövlət Himni səsləndirilib, sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Fakültə dekanı dosent Elman Cəfərov, “Humanitar fənlər” kafedrasının dosenti Yusif Fərzəliyev iştirakçıları bayram münasibəti ilə təbrik edərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Zəfər Günü haqqında tələbələrə ətraflı məlumat veriblər.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR