A

Biznes və menecment fakültəsində insan alverinə qarşı mübarizədə təbliğat və maarifləndirmə işinin gücləndirilməsi məqsədilə tədbir keçirilib.

Tədbirdə fakültə katibi Elxan Salayev insan alverinə qarşı mübarizənin cəmiyyətin hər bir üzvü üçün məsuliyyət daşıdığını vurğulayıb. O, bu qanunsuz fəaliyyətin qarşısının alınması üçün maarifləndirmə və təbliğat işlərinin aparılmasının əhəmiyyətini də qeyd edib.

UNEC-in Mülki Müdafiə Qərargahının rəisi, ehtiyatda olan polkovnik İlqar Novruzov isə “Azərbaycanda insan alverinə qarşı mübarizənin rolu və əhəmiyyəti” mövzusunda çıxış edib. S.Novruzov tələbələrə respublikamızda insan alverinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Sonda tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR