A

UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində insan alveri və məcburi əmək cinayətlərinin törədilməsinə şərait yaradan halların qarşısının alınması üçün cəmiyyətdə ictimai dözümsüzlük mühitinin yaradılması məqsədilə maarifləndirici tədbir keçirilib.

Tədbirdə İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini, dosent Müşrəvan Əliyev insan alveri qurbanları, onların sosial və hüquqi müdafiəsi, insan alverinə qarşı mübarizə tədbirlərindən söz açıb.

Sonra “İqtisadiyyat” kafedrasının müəllimi Zeynəb Qiyasova insan alveri və məcburi əmək cinayətlərinin törədilməsinə şərait yaradan halların qarşısının alınması isstiqmətində həyata keçirilməli olan hallara dair təqdimatla çıxış edib.

TOP XƏBƏRLƏR