A

UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin tələbələrinə Türkiyənin Balıkəsir Universitetinin müəllimi Dr.Resul Özlük tərəfindən “Enerji performans simulyasiyasınının qurulması” ("Building energy performance simulation") adlı onlayn COP konsepsiyası əsasında simulasiya təlimi keçirilib.

Təqdimatda şəhər soyutma və iqlimə uyğun planlaşdırma  mövzusunda tələbələrə kompüter proqramları haqqında geniş məlumat verilib.

Tədbirdə çıxış edən dekan müavini, Cavahirxanım Məmmədova tələbələrə işğaldan azad edilmiş ərazilərdə bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrinin enerji təchizatında tətbiq olunan günəş panellərinin xüsusiyyətləri, onlardan istifadə qaydaları və təhlükəsizlik məsələləri barədə ətraflı məlumat verib.

Yekunda iştirakçılara iqlim dəyişikliyindən və təbiətin itirilməsində iqtisadi fəaliyyətin rolunu araşdırmağa kömək edən təqdimatlar keçirilib və iştirakçıların sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR