UNEC-in Rəqəmsal iqtisadiyyat fakültəsində “Uşaqlar və yeniyetmələr arasında intihar və məişət zorakılığının qarşısının alınması, asudə vaxtların səmərəli təşkili üzrə psixologiya mərkəzi“nin birgə təşkilatçılığı ilə seminar keçirilib.
Tədbirin məqsədi tələbələri intihar və məişət zorakılığı hallarının qarşısının alınması, psixoloji sağlamlığın dəstəklənməsi və asudə vaxtların səmərəli təşkili barədə məlumatlandırmaq olub.
Seminarda fakültənin dekan müavini Ramal Cabbarov və mərkəzin psixoloqları Mərziyə Əzməmmədova, Küşvər Abdullayeva çıxış edərək intihar və zorakılıq hallarının qarşısını almaq, stressin idarə edilməsi və asudə vaxtın səmərəli təşkili həmçinin, bu sahədə görülən işlərin səmərəliliyini artırmaq üçün qabaqlayıcı və maarifləndirici tədbirlərin gücləndirilməsinin əhəmiyyətindən danışıblar.
Sonda mütəxəssislər tərəfindən tələbələri maraqlandıran suallar cavblandırılıb.